Sən mənim ən əziz sirrim, istəyim,Sən mənim ən acı həqiqətimsən.İtmiş gəncliyimdən soraq gətirən,Sən mənim ikinci məhəbbətimsən.

Yaş o yaş deyil ki, yolunu kəsim,Yaş o yaş deyil ki, açım qəlbimi.Təzədən başlayım barışım, küsümOn yeddi yaşında cavanlar kimi.

Yaş o yaş deyil ki, səni izləyim,Özümü odlara toxuyum yenə.Durub saatlarla vədə gözləyim,Görənlər, bilənlər nə deyər mənə.

Səni hər görəndə çaşıram düzü,Hamı mənə baxıb gülür elə bil.Dilimi dişləyib demirəm sözü,Yaş o yaş deyil ki... hayıf ki, deyil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets