Heyvanxanada qoca fil var,dərisisusuz torpaq kimicadar-cadar.Gözləri həmişə yumulu,xəyalında Afrika meşəsi,meşənin fil qəbiristanlığınagedən yolu.Gülünc olub çaqqala,qaraqulağa;tülkülər də qoyur onu lağa.Ərinir milçəyini qovmağa,başını bulamağa.Başını bulamır ki,dağıdar xatirələri, –başı xatirələrlə dolu.Xəyalında fil qəbiristanlığınagedən meşə yolu.

Xəyalında gedir, gedir.Ölümünü an-an sürüyür, ləngidir,Tənhalığa çəkilmək üçünfil kimi xəlvət ölmək üçünxəyalında gedir, gedir,Yenə gözünü açandagörür ki: yenə heyvanxana...Tamaşaçılar düzülübətrafına,Baxır tülkü, dovşan...Gözünü yumur,pərişan, pərişan,Birtəhər ayaq üstə dayanır, donur –yıxılmasın deyə...Utanır bunların yanındayıxılıb ölməyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets