Odla su arasında
Saçları ağ ipəkdi,gözləri mavi dalğa,yerişi elə bil ki,xoş ətirli küləkdiGörüb mat qalmışam mən, –insandı, ya mələkdi.İstədim yaxınlaşım,yadıma düşdü yaşım.İstədim dönüb gedim,nalə qopardı ürək.Sancılıb yol yanındaaxşama kimi qaldımbir işıq dirəyitək.Qız baxdı, güldü, getdinaz-qəmzəsi üstüməodtək töküldü getdi.Yerə dikdim gözümü
danladım öz-özümü:“Baxmağa utanırsan,baxmayırsan, yanırsan,Durma yol ayrıcındaYa buza dön, ya da yan,Ya qoca ol, ya cavan”.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-odla-su-arasinda
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
VəsiyyətVurma əl türbətimə, türbəti-Adəm də mənəm,Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.