Nə vaxt?
Yoruldum, sərildim yer kürəsinəGecəni yorğan tək üzümə çəkdim.Qulağımı söykədim vaxtın səsinəGöyün mavi səbri gözümə çökdü.
Ayağımdan ağrını dənizlər yudu,Yorğun barmaqlarım yerə kök atdı.Ürəyimin yanğısı bir az soyudu,Yer də sürətini bir az azaltdı.
Böyük kainatın belə boş vaxtıMəni bu torpağa axı kim əkdi.Əlimdən pöhrələr ucalacaqdı,Kökümdən insanlar göyərəcəkdi.
Cavan pöhrələrin gülüşlərininİşığı bir nəğmə çalacaq səhər.Göyün milyon-milyon günəşlərininGözləri bərələ qalacaq səhər.
Kainat olacaq insan yolları,İnsan lal səmanı danışdıracaq.Körpü tək uzanıb insan qollarıNeçə səyyarələr barışdıracaq.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-ne-vaxt
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
O şeir yaşayır kiO şeir yaşayır ki,Səndən söz açır, Vətən,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Aşıq Ələsgərlə Şəmkirli Aşıq Hüseynin görüşüMənim əzizlərim, sizə hardan xəbər verim, Azərbaycanın Şəmkir mahalından.Şəmkir mahalında kimdən, Şəmkirli Aşıq Hüseyndən.