Gözümdəki işıqdır, sinəmdəki ürəkdir.Başım üstə günəşdir, süfrəm üstə çörəkdir.Mənim məsləkim.

Dodağındakı nəğmə, damarındakı qandır.Hələ mən doğulmamış taleyimi doğandır.Mənim məsləkim.

Körpəmin gələcəyi, anamın sevincidir.Qılınc kimi kəsərdir, könül kimi incədir.Mənim məsləkim.

Ömrümün yol yoldaşı, arzumun silahısan,Sən gözümün nurusan, ömrümün sabahısan,Mənim məsləkim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets