Mən səhra keçənDəvəyə oxşayıram.Olan-olmazını belinə yığıb köçənDəvəyə oxşayıram.Yolun çoxunu gəlmişəmBelimdəkilər böyüyüb.Mən kiçilmişəm.Belimdəkilərin yeriRahatdı, yumşaqdı.Arvaddı, uşaqdı.Qohumdan, qardaşdanMinəni var, sallananı var.Ətəyimdən tutub sürünəni var.Hamımızın bir olanBircə dünəni var.Bu gün mən dəvəyəmBunlar sərnişindi,Sərnişinlər də bir-biri iləDidişəndi...Minəndi, düşəndi.Yorğunluqdan gözlərim qapanır,Dizim bükülür,Köhnə araba kimi,Canım sökülür, tökülür.Tay-tuşlarımYıxılır ölür.Mənim özümə yoxBelimdəkilərə yazığım gəlir.İndi ki, dəvə olmuşamÇəkirəm yükümüQeyrətə dolmuşamÇəkirəm yükümü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets