Xoş gördük, insan
Müdirdi o balaca bir idarədə,Heç bilmədim nə barədəİşim düşdü,Biz görüşdük.Salamımı elə aldı,Şirin dillə gülə-gülə.Heç işim də düzəlmədi,İncimədim bircə gilə.Bircə anlıq söhbətindənYüngülləşdim.Yorğun idim elə bil ki,Dərman içdim.Baxdım gülər üzünə mən,Güldü üzüm.Dodağımda şirinləşdiAcı sözüm.Yola çıxdım,Yol açıqdı,Dünya geniş!Səma mavi, sular gümüş,Ləpələrin dodağında,Par-par yanır sevinc, gülüş!Gözəl rəftar gözəllikdəİlk bahara bənzəyirmiş.Bir insanın yaxşılığıBir şəhəri bəzəyirmiş.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-xos-gorduk-insan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Başına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Eşq zor eyləsə, ey dil sana, məğlub olsanEşq zor eyləsə, ey dil sana, məğlub olsan,Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
نهان بصورت اغیار یار پیدا شدعیان بنقش و نگار آن نگار پیدا شد
TamaşaAy ağalar, heç qorxmuram ölümdən,Torpaq altda yatandadı tamaşa.