Salam, a zirvələr
Salam, a gədiklər, salam, a dağlar!Yenə boynunuzu qucmaq istərəm.Alıb küləyini qoluma, dağlar,Zirvədən-zirvəyə uçmaq istərəm.
Çoxdandır sürmürəm ayaq gəmimi,Dərəyə susuzam, zirvəyə acam.Batırıb buluda daş qələmimiYağışlı bir nəğmə yazım yamaca!..
Sonra da oxuyum, səsimi yazsınQaya sinəsinə mətin qayalar.Torpaq nəğməsinə qoy qulaq assınTorpaqda ən möhkəm bitən qayalar.
Zirvəyə qalxdıqca adamı sankiGünəş yuyundurur nur damarında.Azacıq uyudur, ətirli, sakit,Sərin dağ mehinin qanadlarında.
Görünər zirvələr bərabərindəAğıllar mayakı ağıl zirvələr.Görünər zirvələr bərabərindəBuluddöş dastanlar, nağıl zirvələr.
Salam, a zirvələr, salam, a dağlar!Yenə bir qayada göyərdin məni.Salam, a zirvələr, salam, a dağlarYenə bir nəğməlik köyrəldin məni...
İyun, 1970
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-salam-a-zirveler
Use ← → keys to move, R for a random poem
More by this author
Tanrım, məni məndən qopar,Qoş məni dağ küləyinə.
Dilənçi qaçqınİlahi, varımdan yox oldum bu gün,Mən öz yumruğumdan yıxıldım bu gün.
«Nişançı özümüz, hədəf özümüz...»Böyük Sabir demişkən...*Qorxum yox heç nədən, qorxum var haqdan,
Yaşamaq budurmu?Hər gün çıxdığımız çıxılmaz yoxuş,Bu yenib– qalxmanın mənası yoxmuş.