Bu torpağı gəzməmişəmhələ daş-daş,Dərələri kaha-kaha,qayaları hələ qaş-qaş.Şair, dəcəl körpəlikləyenə daşlaş...Yapış onun yalıntaraq ayağından,Dağa dırman, dağa dırman!Bu qayanı niyə gördüm?Gördüm nələr yada düşdü:Yazıq nənəm, eh, nə qədərgözü yolda oda düşdü.Oda düşdü gəlinlərə təsəllidən.Ömrü-günü cəhrə nənəm.Ömrü-günü bükük nənəm.

Kirpikləri ələk nənəm..Barmaqları üskük nənəm.Gəlinləri ər gözləyir – yola baxır.Gəlin dağı! Yaddan çıxır oğul dağı!Görən neçə elə gəlin, elə qarı,Burda elə daşa dönüb, elə qalır...«Ərim gəldi» qayasının dövrəsi daş,Daş gəlinlər bir anlığa dillənə kaş,Bircəsinin nidasına qoşqu olam,Ünvanına yetirməyə borclu olam.Yağış döyən, külək yonandaşlar çopur,Qəzəbimdən daşlar qopur,daşlar qopur.Bir əlləmə tulazlamaq istəyirəmqədim daşlar aləminə,Bəlkə bu daş sualımdan daşlar dinə:– Ərin hara gedib, bacı?Ərin niyə gedib, bacı?Daşlar dinir; acı-acı...Həyatımda mən ilk dəfədaş xoruna qulaq asdım.Daş xorunun naləsini lentə yazdım:– Ərim gedib: ehtiyac bir yola gələ!Ərim gedib: qanlı köynək ola gələ!– Ərim gedib: xan qızına lələk üçün!– Ərim gedib Kəbəyə bir dilək üçün!– Ərim gedib: Qəsri-Qacar küncü qıza,– Ərim əppək gedibdi bir küncüt qıza...– Ərim gedib: qonşu kənddə qan batıra,– Ərim güllə çataqladı bir qatıra, –Həcər bacı o üzdədir.toyuna sovqat istədi.«Ərim gedib, ərim gedib...»Bu xor yenə qatılaşdı,Xəyalım çox dağdan aşdı,Uçrumlara tökülən onəm saçlara çox dolaşdı.Daş nənələr, daş xalalar, daş bacılarBilmədilər: gün doğular, gün açılar,Dərələrlə başaşağı, başyuxarıGələr xoş xəbərlər axarı.Onlar Sevil harayını eşitmədi,«Ərim gəldi, sevin, sevin!» –harayını eşitmədi.Yazıq Azərbaycan qızı!Min illərlə yana-yana,Tikə-tikə, xana-xanaBu torpaqdaarzu əkib, ələm dərdi.Gərdəyindən döyüşlərə ər göndərdi.Ər sözünü, yar sözünüqaçıb daşa deyə bildi.Daşlar ona:«Daşcanlı ol, dözüb yaşa!» –deyə bildi.Bayaqdandır qulaq verib daş xoruna,daş səsinə,Utanıram, utanırammən tarixin əvəzinə...

Şuşa – Bakı, avqust, 1970

¹ «Ərim gəldi» Şuşanın aşağı qənşərində bir dikdir. Rəvayətə görə, əri uzaq səfərlərə, döyüşlərə gedən qadınlar burdan tez-tez baxar, bir uzaq qaraltı görəndə «ərim gəldi, ərim gəldi» deyib sevinərmişlər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets