Səndən mənə bir ömürlük xatirə,Məndən sənə nə qalacaq, nə bilim.Çətin bir də daş üstə daş bitirəm,Niyə uçdu bu qalacıq, nə bilim...

Damağımda bal sevdanın turş adı...Uşaq ağlım inadını qurşadı.Nə hönkürdü bu naqafil gurşadı?Kimə dedim, – dedi, – ancaq: «Nə bilim!»

Günlər mənə gün yazmağı unutdu,Gülüm, günün güllərimi qurutdu.Bu oyunda kim uduzdu, kim uddu,Peşimanı kim olacaq, nə bilim?..

Mən Arazam, səsim tutqun Arazdı,Ha çağırdım, ha yüyürdüm, ha yazdım.İndi daha qaynar təbim ayazdı,İsinərmi bir od-ocaq, nə bilim...

Avqust, 1970

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland