O bir gün...
İki ömür yolu...Bir dəmir yolu...Bizimçün dayanıb bu dayanacaq.Nə sənin mənimtək duyanın olub,Nə məni sənintək duyan olacaq.
Bəlkə bu doğrunu yalana büküm!Bu hissə inanan çox az tapılar.Bir də ömrümüzə qayıtmaz bu gün,Bir də yolumuza çıxmaz bu qatar...
Qəfil ildırımdıq. Üz-üzə gəldik.İşığın işıqdan gözü qamaşdı.Hardasa ildırım udan bir gədikYollarda dikəldi, yollardan aşdı...
Nə ünvan soruşduq, nə ad soruşduq.Elə bil on ilin tanışlarıydıq.Biz yola ayrıca bir qatar qoşub,Ayrı bir mənzilə gedirdik artıq...
Bir ömür yol getdik bir gündə, bəli;Dünyada nə gözəl bir gün yaşadıq.Bunu biz bilirik, bunu kim bilir –Adicə bir günün yol yoldaşıydıq.Hərə özlüyündə axdı, duruldu;Günah ələmədik,Vəd yoğurmadıq.Qulaq şahid oldu,göz şahid oldu:O günü günlərin əlindən aldıq.
O axşam nağıl da açan olmadıq,Gizli sirlərə də açar olmadıq.Deyirəm, kilidsiz ürəklər ki, var –Açarlı əllərə tuş olmayalar!
Eh, mənim ürəyim, nə qəribəsən,Sığışdın yol adlı bir qəlibə sən;Bəlkə o sonuncu qayğındı, elə:Düşürtdün ömürdən öz əllərinlə...
Bəlkə bu doğrunu yalana büküm,Bu hissə inanan çox az tapılar.Bir də ömrümüzə qayıtmaz bu gün,Bir də yolumuza çıxmaz bu qatar...
Ufa – Moskva, oktyabr, 1972; Bakı, yanvar, 1973
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-o-bir-gun
Use ← → keys to move, R for a random poem
More by this author
Bu gün telefona yazığım gəlib,Bir vaxt həmdəm olan indi yad olub.
Əl dəydi, çaxmaq daşıyamDostum Ağayara*Təklikdə çaylaq daşıyam,
QayıdarsanBelə dönmə, ismi dönük deyilsən;Gileyin var: yağdırıb get, yağıb get.
O gözlərə baxmaramBu gün sənin hər gözündə bir gülüş,Biri çılğın, biri tutqun, bürkülü...
Poems by other poets
Yə yenə bənd oldu könlüm birin simin bərə,Lam-əlif la, ləli-nabın bənzər abi-kövsərə,
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.