Prokrust
Qədim Yunanıstanda belə əfsanə varmış:Orda Prokrust adlı qorxunc qaçaq yaşarmış.Keçidləri, bəndləri, bərələri kəssə də,Yolçuların üstünə səmum kimi əssə dəKimsədən bir çöp belə almazmış həmin qaçaq,Onun daha dəhşətli adəti varmış ancaq,Əylədiyi yolçunu uzadarmış tez yerə,Tutduğunun yanında özü də uzanarmış.Yolçunun boyu ondan artıq olsa bir qarış –Prokrust o dəqiqə əl atarmış xəncərə,O kəsərmiş artığı ya ayaqdan, ya başdan.Yolçu Prokrustdan qısa olduğu zamanDüzəltdiyi dəzgaha salarmış qaçaq onu.Dartaraq öz boyuna çatdırarmış boyunu.Belə məna verərmiş bu dəhşətli əngələ:“Gərək hamının boyu mənimkiylə tən gələ!”O vaxtdan illər keçib, dəyişibdir zamana,Başqa Prokrustlar gəlib indi cahana.Onlar qaçaq deyildir, əllərində hökm var,Onlar beyin kəsirlər, fikir tarazlayırlar.Deyirlər mənim kimi düşün, anla, danış, din,Fikirlər eyni olsun mənim fikirlərimin.Mənim kimi nəğmə de, mənim kimi oxu, yaz.Mənim fikirlərimin fövqündə durmaq olmaz!Düşüncələr, duyğular bir qəlibə salınır,Qəlibə sığmayandan min intiqam alınır.Dühaların kitabı tonqallara çatılır,İşıq dolu beyinlər zindanlara atılır.Prokrust hər əsrdə bir cür çıxıbdır üzə –Gözləri oya-oya, başları üzə-üzə.Prokrustlar, “ənəlhəq” söyləyəndə Nəsimi,Dərisini çıxartdı əynindən köynək kimi.Cordano Brunonu, Halileyi, Yan QusuOnlar salmaq istədi fikir qəliblərinə.Neçə nəmli zindanda bu gün mərdlər qan qusur,Zəkalar qılınc kimi qına salınır yenə.Bu gün qanndal vuraraq düşüncəyə, beyinəProkrustlar dünyada hökmfərmandır yenə.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-prokrust
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Salma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
Xoş gəldinBaşına döndüyüm ay Əsmər xanım,Təşrif qılıb sən bu bağa xoş gəldin.
Səngərsiz döyüşYadımdan çıxmayır döyüş günləri,Azı min səngərə sinə gərmişəm.
SüsənbərəSərdar səni iflic vursun,Ünüm yetməz Süsənbərə.