Bəlkə şəfəqi çiribSənə qırğız qadını?Gizləmə, de, kim veribSənə Çulpan adını?

Geydin baftalı donu,Özün tikmisən onu.Səyritdin dağ yalındaDəli qırğız atını.

Köhlən qəfil dayandı,Qəlbim alışdı, yandı.Qımız verib söndürdünÜrəyimin odunu.

Apardın yurta məni,Dinlədin burda məni.Sənin süfrəndə bildimBeşbarmağın dadını.

Qırğızıstan zöhrəsi,Üzün üfüq çöhrəsi.Sənin əlindən aldımMəhəbbət sovqatını.Frunze, 1976

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets