2. Yayda qar
Tyan-Şanda qara düşdük yay günü,Kim inana, qara batdıq dizəcən!Şaxta baba geydi bəyaz kürkünüBiz saymamış əlliyəcən, yüzəcən.
Heç bilmədim bu yaydımı, qışdımı –Talas yolu döndü bəyaz şəridə.Göylər əzəl dövranında çaşdımı,Sandım payız fəsli qalıb geridə?!
Yurtlar bəyaz göbələkdi elə bil,Dərələrsə qımız dolu ağ dəniz.Göylər yerə cuna çəkdi elə bil,İtdi dolay, itdi cığır, itdi iz.
Otlayırdı dörd bir yanda sürülər,Eləyirdik bu lövhəyə biz heyrət.Yaldan yala adlayanda sürülərSanırdıq ki, yer eləyir hərəkət.
Sürü bəyaz, çöllər bəyaz, dağ bəyaz –Hökmranlıq taxtındadır qar deyən.Çobanlar da, köhlənlər də ağ, bəyaz –Təbiətin bircə rəngi var deyən.
Bir az əvvəl “meh olaydı!” deyirdik,Qova bilsin dolaydakı bürkünü.İndi bizim nəyimiz var, geyirdik...Tyan-Şanda qara düşdük yay günü.
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-2-yayda-qar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
YaxşıdıƏzəl bir adamla dostluq eyləsən,Onu çəksən imtahana, yaxşıdı.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız