Qoca gördüm bu gün səhərBizim Şuşa yaylağında.Gənclik nuru gözlərində,Lalə rəngi yanağında.

Ağarsa da saçı qartək,O gəzmirdi ixtiyartək.Gözəl gördü bir maraltək,Gülüş gəzdi dodağında.

Dedi: – Sorma yaşımı sən,Doymaq olmur bir ömürdən.Yüz il qoyun kəsmişəm mənBizim İsa bulağında.

Dedi: – Yaxşı səsim də var,Bəmdə “Segah”, zildə “Qatar”Oxuyardım bir zamanlarXan qızının qabağında.

Dedi: – Turşsu, Cıdır düzüQoynuna çox alıb bizi.Keçirmişik ömrümüzüAğ günlərin sorağında.

Baxdım ona xeyli zaman, –Özü qoca, qəlbi cavan.Qocalarmı, dedim, insanBu dağların qucağında?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets