Çəkir onun şəklinidünyanın rəssamları,Çəkir onun şəklinigörməyən də, görən də.Fırçanı bir parçanınüstündə gəzdirəndəLenin ilk bahar kimicoşdurur ilhamları.Yunanlar çəkir onuigid yunan gəncitək,Zəngilər – qalındodaq,rəngi qara zəncitək.Ərəblər – bir nuranimüdrik ixtiyar kimi,Hindlilər – hindli kimi,Bolqarlar – bolqar kimi.Lenini çəkən hər kəsDüşünür:Lenin onunhər dərdindən halıdır.Demək, o öz xalqınınoğlutək olmalıdır!Sağ olsaydı Rafael,Leonardo da VinçiBir italyan oğlunabənzədərdi İliçi.

Lenini ömrü boyubir yol da görməyənlərDeyir: Lenin – azadlıq,səadət,Lenin səhər!Rəssam qızılgüllərdən,çiçəklərdən rəng alır,Durur qövsi-qüzehtəkbu rənglərin yığını.O, Lenini çəkəndəbir an xəyala dalır,Görür onun üzündəGörür azadlığını...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets