Qadir Allah birliyini sevirsən,Yetər gələn bir dəvayə dərdimi,Dərdi-dilim dəftər ilə zəbt etdimAxır sallam mücləyə dərdimi

Yarı-yoldaş getdi, qaldım piyada,Pirim Şahi-Mərdan, yetiş dadə,Vərəq-vərəq oldu həddən ziyadə,O kimdir ki bir-bir saya dərdimi

Qoç igidlər Haqq səyin itirməz,Namərdə yalvarma, işin bitirməz,Dəryalara sığmaz, dağlar götürməz,Çəkmən qatar ilən maya dərdimi

Rəqib bizimlən xoş savaş edər,Yürəyim doludur, didəm yaş edər,Bilsə idim sirrim xalqa faş edər,Söyləməzdim hər loğaya dərdimi

Bu dünya fanidir, heç kimə qalmaz,Könlümüz açılmaz, yüzümüz gülməz,Saleh deyir: heyf qədrimi bilməz,Mən nə deyim hər ədnaya dərdimi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets