Yaradan əlini sıx Süleymanın,O, el dərdi bilən yüksək insanın.Söylə ki, hələ də “axır Arazın”Dünyada heç belə “insafsız” olmaz.Səhənd

Yaman dərin yarası var sinəmin,Ağrımayan harası var, sinəmin?Vüsal adlı çarəsi var sinəmin.Bu dərdimlə birdir dərdi Səhəndin,Şair gözü nələr gördü Səhəndin.

Mən Təbrizi, Marağanı gəzmişəm,Həm Sarabı, həm Ovqanı gəzmişəm,Günbatanı, gündoğanı gəzmişəm,Uzun illər sorağında Səhəndin.Qəm yemişəm fərağında Səhəndin.

Nolaydı ki, bir gedəydim Təbrizə,Oturaydım dostlarımla üz-üzə,Gecələri çevirəydik gündüzə,Hey öpəydim gözlərindən Səhəndin,Zövq alaydım sözlərindən Səhəndin.

Biz qardaşıq, nə özgəyik, nə yadıq,Atadan bir, anadan bir övladıq.Hicran adlı dağı yaran Fərhadıq.Bu ən böyük əməlidir Səhəndin,Mahnısının təməlidir Səhəndin.

Düşünürəm gecə-gündüz yenə mən:Bir millətçin iki olmaz bir vətən...Həm o sahil, həm bu sahil qədimdənTorpağımdır, torpağıdır Səhəndin,Vətən eşqi bayrağıdır Səhəndin!

Ey bacılar, ey qardaşlar, inanın –Ağrısı var bu ürəyin, bu canın.Görüm üzü qara olsun hicranın.Mən səsini eşitmirəm Səhəndin,Nəğməsini eşitmirəm Səhəndin.

Bu haqq sözü küləklərə vermirəm,Nədən, nədən o taydan gül dərmirəm?Bu günahı mən arazda görmürəmÇünki Araz sirdaşıdır Səhəndin,Göz yaşımdır, göz yaşıdır Səhəndin.

Deyirəm ki, qan görməsin elimiz,Gülşənlərə ətir səpsin dilimiz,Yorulmasın qələm tutan əlimiz,Tükənməsin mahnıları Səhəndin,Qoy var olsun Şəhriyarı Səhəndin!

Arzuları, əməlləri solmasın,Ürəyinə bir daha qəm dolmasın,

Başından bir tük də əskik olmasın,Hər gün bizi yada salan Səhəndin,Şair gözü yolda qalan Səhəndin.

Pay ummaram özgələrin malından,Mən tikanlı məftillərin dalından.Dostun necə xəbər tutum halındanNecə görüm gülşənini Səhəndin,Vətənimi, vətənini Səhəndin?!

Gecikməyin, verin telli saz mənə,Qonaq gəlir bahar mənə, yaz mənə.Qan qardaşım, qələm götür, yaz mənəNecə keçir güzəranı Səhəndin,Nigarandır Süleymanı Səhəndin.

El güvənib öz ər oğlu ərinə,Dəfn etsin qoy dərdi-qəmi dərinə.Ağ gün gəlsin qara günün yerinə,Çiçəklənsin dağı-daşı Səhəndin,Süleymandır qan qardaşı Səhəndin!

May 1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland