Onsuz gecə
Sonsuz gecələr cənnətə uğrardım onunla,Dağlardakı sellər kimi çağlardım onunla.
Ulduzların altında dalardıq ulu zövqə,Bir türkü ötərdik o səadət dolu zövqə.
Ay üzlü xəyalıyla parıldardı xəyalım,Hicran, yenə hicran, yenə məhv oldu vüsalım.
Dəhşət gətirən son görüşüm son umudumdu,Getdi, gedişiylə sönən ilhamım, odumdu.
Zülmət sarıb ətrafımı, sonsuz gecədir bu,Onsuz yaşaya bilmirəm, onsuz gecədir bu.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-onsuz-gece
Use ← → keys to move, R for a random poem
More by this author
Sevgi! O könüllərdə açan dadlı çiçəkdir,Bir yol sevən, əlbəttə, ömürlük sevəcəkdir!
Şairin ömrüŞairin ömrü bahar ömrünə bənzər, məncə,Şairin ruhu bahar!
Yaşıl gözlərBir alov dalğası parlar o yaşıl gözlərdə,O yaşıl gözlər ümid bəslər ümidsizlərdə.
Gözəlim həyatHislərim olsaydı şəfəqlər kimi,Gözəlim həyatı saçaqlayardım,
Poems by other poets · Separation
Bu sözü Ağdaşda - mötəbər bir məclisdə mərhum dostum Qulu Xəlilov dedi.*Balaca, bəstəboy,
Bulud göydən lal keçərRomans*Bulud göydən lal keçər,
جانا به جز غم تو دلم را هوس مبادجز تو کسم ز جور تو فریادرس مباد
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi