Olaydı
Köçəndən sonra da tək olmayaydım,Yanımdan yol keçən ellər olaydı.Yastığım kəkotu, döşəyim otlar.Yorğanım çiçəklər, güllər olaydı.
Mənə o sahildən xəbər gətirən,Qan qardaşımgildən xəbər gətirən,Hər fəryadlı dildən xəbər gətirənTəbrizimdən əsən yellər olaydı.
Gün o gün olaydı gələrək dilə,Təqvimlər müjdələr verəydi elə.Bütün illərimiz o gündən beləVahid bir vətənli illər olaydı.
Bəşərin qəsdinə qol çəkənlərin;Özgənin varına göz dikənlərin,Qara niyyətlərlə qan tökənlərinBaşına ömürlük küllər olaydı.
Dünyanın zindanlı ölkələrindəHər günü tufanlı ölkələrindəCəlladları qanlı ölkələrindəOktyabr səsli dillər olaydı!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-olaydi
Use ← → keys to move, R for a random poem
More by this author
İran irticası tərəfindən zülmlə*öldürülmüş Əli Fitrətə*
Yaxşı yoldaşYenə qucmuş məni ağ əlli bu Mil səhrası,Nə gözəldir havası!..
12-ci tüfəngAt belində yavaş-yavaş dırmanırıq dağlara,Öz əlilə gözəl bahar min rəng vurmuş bağlara,
Dönə-dönə xatırlayınŞəhidlərin xatirəsinə*Yollar... ulu babaları görən yollar,