Şairin ölümü
İran irticası tərəfindən zülmləöldürülmüş Əli Fitrətə
Saçları dağınıq, gözləri dolğun,Gəzib dolaşmaqdan dizləri yorğun.Sanırsan ki, indi yıxılacaqdır,Əynində paltarı yamaq-yamaqdır.Səpsən yerə düşməz üstünə darı,Belə qarşılayır qışı, baharı.Gündüzləri dolaşır Tehranı addım-addım,Ölçür ayaqlarilə hər yanı addım-addım.Həkim kimi baş çəkir yaralı ürəklərəDostundan, qardaşından aralı ürəklərə.Gecələr təkbaşına oturub şeir yazır,Dodaqaltı yanıqlı nəğmələr deyir, yazır.Nə çırağın, nə şamın bilməyir sorağını,Qəlbi işıqlandırır qaranlıq otağını.Nə gələn var, nə gedən şairin mənzilinə,Hələlik polislərin düşməmişdir əlinə.Yaxın əməl dostları atılmışdır zindana.Xəbər tuta bilməyir baş vurursa hər yana.Şairə toxunmurlar dəli adamdır deyə,Öləcək bu gün, sabah işi tamamdır deyə.Osa dinclik, yorğunluq bilmədən yazır, yazır,Polad sətirlərilə yadlara məzar qazır.Çörəksiz qalırsa da, ürəksiz qalmayır o,Sarayın təhdidini vecinə almayır o.Hələlik deyərək gecəyə şair,Günəşlə bir çıxır küçəyə şair.Tehran adamları tanıyır onu,Döyüşlərdə keçir ömrünün sonu.Nə ərbab tanıyır, nə də ki, ağa,Arıq sinəsini verib qabağa,
Ucadan-şairə yol verin, – deyir,Bu köhnə aləmi devirin, – deyir.Ərbablar bağırır: çəkil, dilənçi,El bilir bu adam deyil dilənçi.Bu adam şairdir, yazdığı şeirSülh deyir, haqq deyir, azadlıq deyir.O gedir qırışıq alnında vüqar,Dalınca bir qoşun xırda uşaqlar.O gedir, bilir ki, haraya gedir,Aclar ordusuna haraya gedir.O gedir Sərabdan, Əhərdən gələn,Təbrizdən ya başqa şəhərdən gələnAclar ordusuna şeir deməyə,Gedir təsəlliyə, gedir köməyə.Ərbablar dükandan boylanıb baxır,Şairin alnından tər axır, axır.Odur, bir jandarma çatır şairə,Yerdən daş götürüb atır şairə.İyirminci əsrin bu eybəcəriBağırır ucadan geri dön, geri.Şairin qəlbinə vurulur yara,Nə şerə hörmət var, nə sənətkara.Hər cəllad millətin boynuna mindi.Firdovsi yurdunda şairə indiSaray adamları dəli deyirlər.“Ağ ev”in əmrinə bəli deyirlər.Bürüyür hər yanı dayan, dur səsi,Şairə tanışdır qoyma, vur səsi.Sanır ki, dalınca köpəklər hürür,Dönüb arxasına baxaraq görür:Onu təqib edən jandarmalardır.Hamısının əlində yarağı vardır.Dönür bir küçəyə dincəlsin deyə,Yorğun dizlərinə güc gəlsin deyə...Şəhər kənarına çatır nəhayət.Birdən varlığını bürüyür dəhşət.Görür ki, sərbazlar, bir də polislər
Olub başdan-başa hazır, səfərbər.Aclar küçələrə dolmasın deyəŞəhəri alıblar mühasirəyə.Sanmayın başını itirir şair,Özünü dostlara yetirir şair.Deyir ürəyinin sözünü xalqa,Dikir ümid dolu gözünü xalqa.Çevrilir süngüyə sözü, kəlməsi,Sarsıdır düşməni şairin səsi.Baxıb dostlarına yaşarır gözü.Ürək yarasının qabarır közü.Oğlundan aralı analar görür,Ürəyi yaralı analar görür.Saçları pərişan cavan bir ana,Ölmüş körpəsini basıb bağrına,Dəli tək gah gülür, gah da ağlayır,Yanından keçəni tutub saxlayır.Bir yanda can verir qəşəng bir gəlin,Deyir dayanmayın, sinəmi dəlin.Çıxarın qəlbimdən intiqamımı,Çevirib bayrağa alın qanımı.Şair var səsilə deyir: – Qardaşlar,Bizdən zağ-zağ əsir o yekəbaşlar.Dəmir addımlarla arxamca gəlin,Qarşı duranların bağrını dəlin.İntiqam eşqilə döyünür ürək,Gəlin dalğa-dalğa, zülmə son verək.Karvan sellər kimi axır şəhərə,Hamı kin, qəzəblə baxır şəhərə.Tacirlər dükanı bağlayıb qaçır,Əcnəbi xanımlar ağlayıb qaçır.Yeni kömək gəlir jandarmalara,Böyük çaxnaşma var baxırsan hara.Zabitlər əmr edir, açılır atəş,Ətrafa yağış tək saçılır atəş.Tehran küçələri boyanır qana,Can verir kimsəsiz qız, gəlin, ana.
Nazirlər yad olub öz millətinəCumur Amerika səfarətinə.Əlsiz-ayaqsızlar vurulur, ölür,Azadlıq yolunda qırılır, ölür.Tanklar meyidlərin üstündən keçir,Adsız igidlərin üstündən keçir.Az sonra hər yanı bürüyür sükut,Başlanır həbslər, sonsuz tuthatut.Ummadan kimsədən mərhəmət, kömək,Sərbazlar önündə rəngi sapsarı,Zərbələr altında şeir deyərək,Gedir qoca şair zindana sarı.Aparırlar... Adamlar baxır bu mərd dustağa,Aparırlar döyməyə, bağrına dağ basmağa.Aparırlar ömrünü əzabla çürütməyə,Min dəfə öldürməyə, min dəfə diriltməyə.Aparırlar, kimsədən mərhəmət ummayır o,Vətən satqınlarından ədalət ummayır o.Aparırlar... o təkdir, onlarsa min nəfərdir,Şair çox gözəl bilir bu sonuncu səfərdir.Aparırlar, qəlbini qəzəb, intiqam yeyir,Süngülər arasında qorxmayır, diksinməyir.Aparırlar şairi sərbazlar qolu bağlı,Lakin onun qəlblərə deyildir yolu bağlı.Aparsınlar, poladdan möhkəmdir etiqadı,Alnında gün tək yanır xalqının etimadı.Aparsınlar, sorğusuz divara dayasınlar,Əllərini şairin qanilə boyasınlar.Sonra nişan alsınlar, qəhrəmanlarıq, deyə,“Ağ ev”dən göndərilsin daha böyük hədiyyə.Aparsınlar, bununla döyüş yetməyir sona,Ölsə də, şeirləri həyat verəcək ona!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-sairin-olumu
Use ← → keys to move, R for a random poem
More by this author
Xəzərim! Gilavar narın əsəndə,Üzüyumşaqlığı səndən öyrəndim.
Sən də gərək...Oğlum, yazıq bu dünyamız beş günlükdür, deyənə,Sən də gərək atan kimi el qədrini biləsən.
Olsun, olmasınSevgilim, könlüm sənin heyranın olsun, olmasın!Can deyib, candan keçən cananın olsun, olmasın!
Əksini gördümQəlbimdə yenə saf, ləkəsiz güzgünü gördüm,Mən orda böyük eşqimin öz mülkünü gördüm.
Poems by other poets
Könül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Aşıq PəriyəVerdimsə gər o şuxi-sitəmkarə könlümü,Bir gün də görmədim mən o biçarə könlümü.
SevdiyimBurada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.