Xəzərim! Gilavar narın əsəndə,Üzüyumşaqlığı səndən öyrəndim.Sinəndə oynarkən ağ ləpələrinBaxıb, uşaqlığı səndən öyrəndim.

Bəzən köpürürsən, bəzən daşırsan,Sahilin başına oyun açırsan.Öpüb ayağını sonra qaçırsan,Belə şıltaqlığı səndən öyrəndim.

Olanda xəzriylə sən əlbəyaxaHər dalğan çevrilir uca bir dağa.Xəzrinin qəsdini çıxarır yoxa,Mən bu qoçaqlığı səndən öyrəndim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets