Sən də gərək...
Oğlum, yazıq bu dünyamız beş günlükdür, deyənə,Sən də gərək atan kimi el qədrini biləsən.Cürətinlə, hünərinlə bəzəyəsən ömrünü,Varlığınla bağlanasan vətənə sən. elə sən.
Oğlum, gərək “mən, mən” – deyib öyməyəsən özünü,Arzum budur, görməyəsən qara günün üzünü.Başqasının süfrəsinə dikməyəsən gözünü.Süfrəndəki duz-çörəyi dostlarınla böləsən.
El içində zəhmətinlə qazanmasan etibar,Bahar çağı gül bağına dolu yağar, qar yağar.Mən nə deyim? Əcəb deyib bizim ulu babalarGərək bir gün öləndə də kişi kimi öləsən!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-sen-de-gerek
Use ← → keys to move, R for a random poem
More by this author
Azərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz Cəlil Məmmədquluzadədir.Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə oxuyurdum. Ədibimiz əsərlərində xalqımızın keçmiş dövrdəki yaralarını bir cərrah əliylə yoxlayır və onun sağalmasına yollar axtarırdı. Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artıq öz satira silahını inqilabın fütuhatına əngəl törədənlərə, yeni cəmiyyətin düşmənlərinə, millətin gözündən dini mövhumat pərdəsi asmaq istəyən ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim. 1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özlərindən əlavə sözlər uydurub söyləməkdən çəkinmirdilər. Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:
Xəyalımda Mirzə Fətəli canlandıVətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.
Əzim ƏzimzadəƏzim Əzimzadə təsviri incəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.
Süleyman Sani AxundovUşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir.Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə halhazırda Qasım İsmayılov adınadır.
Poems by other poets · Nature and spring
Canım qasid, Məcnun kimi gözlərəm,Get yara deginən, bulağa gəlsin.
Lirik mahnı“Onu bağışlamaq olarmı?” filmindən*Mən qəlbimi hər gözələ
Eşqin ey dilbər, könül təxtində şah olmuş dururEşqin ey dilbər, könül təxtində şah olmuş durur,Surətin can mülkinə xurşidü mah olmuş durur.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı