Təzə il, yanıma əliboş gəlmə,Könlümə xoş gələn xəbərlərlə gəl.Alnın açıq olsun, üzün ağ olsun,Aləmə səs salan zəfərlərlə gəl.

Vətən torpağına can gəlsin deyə,Bollu yağışla gəl, bollu qarla gəl.Mahnım pərdə-pərdə yüksəlsin deyə,Aynam Xəzərdəki dalğalarla gəl.

Odlar diyarına – özün bilirsən,Bağrında odunla, atəşinlə gəl.Sənə gəl-gəl deyir anamız vətən.Ömürlük dostumuz Günəşinlə gəl!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland