Möhsün Sənaniyə
İthaf
Möhsün, bu xoş gündə demə qocaldım,Ömrün səhnəmizə gətirib bahar.Həqiqi sənətlə daim ucaldın,Sənətkar qədrini bilər, sənətkar.
Qəlbini ellərə bağlamayanlar,Yüz il vəz etsə də, el onu udmaz.Səndə xalqımızın ər qeyrəti var,Bu vətən torpağı səni unutmaz.
Çıxaraq sənətin söz vadisinə,Bir çələng hörmüşəm güldən-çiçəkdən.Bu yetmiş baharlı əziz günündə,Ərməğan verirəm sənə ürəkdən.
Sənət çələngini gəzdir başında,Kim buna xor baxsa qəlbi qaradır.Qoy onlar bilsin ki, bizim dünyada,Ən böyük məhəbbət sənətkaradır.
Sənətin ecazkar gözəlliyindən,Qənirsiz gözəl də min ilham alır.Həzin rübabını basıb bağrınaSənətin eşqinə mahnılar çalır.
Nə xoşdur, xoş gündə nəğmələr demək,Mən şeir bağında ötən bir quşam.Möhsün, sənət adlı bir sərvsən ki,Sənin bulağına gəlib qonmuşam.
Mən səni görürəm, görürəm yenə,Böyük Səbuhinin söz sənətində.Yaşıl alaçığa yaxınlaşırsan,İgid Heydərbəyli öz surətində.
Mən səni görürəm beşinci ildə,Qəhrəman Eyvazın timsalı kimi.Mən səni görürəm Səməd Vurğunun“Vaqif”də Eldar tək qartalı kimi.
Mən səni görürəm, görürəm, ey dost,Uzaq sahillərdə Mixaylo kimi.Qanlı yağılara divan tutursan,Gözündə Abşeron, qəlbində Bakı.
Mən səni görürəm, ey şofer oğlan,Təcili yardımı sürüb gəlirsən.Hərdən Güliçkaya baxıb qıyğacıGah acı, gah şirin söhbət edirsən.
Mən səni görürəm, görürəm, Möhsün,Yüzlərlə surətlər silsiləsində.Demə qocalmışam – xoş keçir ömrün,Bir sənət eşqi var sənin səsində.
Möhsün, dostlar kimi açıq ürəklə,Səni təbrik edir, alqışlayıram.Sənə bu şerimi güldəstə kimi,Bu əziz günündə bağışlayıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/islam-seferli-mohsun-senaniye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Necə tale məni etmiş də pərişan sənsiz,Qalmışam həsrət ilə gözləri giryan sənsiz.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
DünyanıAnası bilinmir, dədəsi dörddü,Bumunun kölgəsi tutar dünyanı.
VətənNeçin ah eylədin, ey bülbüli-nalani-vətən,Yaduva düşdü məgər hali-pərişani-vətən?