Qurban Pirimov 70 il bir tarda çalmışdır

Yetmiş il bir sinədə,Yurdumuza car oldun.Sədəf tarlar içində,Sən Qurbana yar oldun.

Soruşur el-elatın:Hanı Çoban Bayatın?

Qoca tarzən susanda,Simin siminə dəydi.Haray saldı Qarabağ,Kəpəz başını əydi.

Sarı simin həzindi,Sahibini gəz indi...

Barmağının istisi,Pərdələrdə qalıbdı.Görən son dəfə səndə,Hansı muğam çalıbdı?

Kaş tozunu siləydim,Onu bircə biləydim.

İncə pərdə, zərif xal,Həzin mizrab hardadı?Həqiqətin, BülbülünXoş səsi bu tardadı.

Susma, danış barı sən, –Azərbaycan tarı, sən.

Qəm eləmə, qoca tar,Bəmin, zilin cavandı.Hansı tar şura gəlsəBil ki, sənin havandı.

Azərbaycan tarı, sən,Qurbansız qaldı tarım...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland