“Bizim həyət” şerinin müəllifiTeymur Elçinə nəzirə

Ailədə biz üçdük,Təzə binaya köçdük.

Bir həyət dolu uşaq,Səslər çıxdı boğuşaq...

Həyət-baca qaynadı,Oğul-uşaq oynadı.

Yıxıldı: “Vay!” – eşitdik,Hərdən giley eşitdik.

– Oğlunun qulağın bur,Qızın qızımı vurur.

Analar xeyli dindi,Tənbeh atını mindi...

İllər baş alıb getdi,Yenə həmin həyətdi.

Böyüyüb bir parası,Gözümüzün qarası.

– Artıq həyətə onlar,Enməyə utanırlar.

Təzələri doğulub,Həyət səsə qərq olub.

İndi onlar qışqırır,Çər-çəpərləri qırır.

Giley gəlməyir yenə,Əziz balamdan mənə.

Bax burda doğulan,Oğlumun da oğlu var.

Gənc qızlar ana oldu,Ana qaynana oldu.

Oğullar ata oldu,Ata qaynata oldu.

Nəslimiz-əbədiyyət,Yenə qaynayır həyat...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets