Gözümdə yaş, başımda qar
Qar yağanda yağan qarıAlça çiçəyi sanardım.Qış yellərinin səsiniÇoban tütəyi sanardım.
Saçlarımda qar qalağı,Dolaşardım bağça-bağı...Çünki o vaxt ürəyimdəMəhəbbətin odu vardı,
Hara getsək, cüt gedərdik,Cüt gələrdik.Biz onda elə bilərdik:Ölüm gəlsə cüt ölərik,Bir qəbirdə dincələrik.
Bir arzuyla yaşarkən biz,Puça çıxdı niyyətimizÖlüm bizə baxıb güldü,Məni sevən mənsiz öldü.Məhəbbətsə yenə yaşar,Mənim kimi:Gözündə yaş,Başında qar.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-gozumde-yas-basimda-qar
Use ← → keys to move, R for a random poem
More by this author
Rəşid Behbudova ithaf*Oxu, Rəşid!
Məhəmməd Əmin Rəsulzadənin əksi qarşısındaÜzündə xalqının böyük kədəri,Xəyalında vətən xatirələri
Firudin bəy KöçərliyəBaşına tuşlanan düşmən xəncəriXalqının qəlbinə tuşlandı sənin.
Heydərbaba, Şəhriyarın necə oldu?Heydərbaba, Şəhriyarın necə oldu?Niyə dövran xalqımızla gec oldu?