Qız, belə gəzməyin aşıq öldürür,Telindən tel ayır sat mənə, Dilbər!Sinəm nişanadı, ağrımaz bədən,Atırsan yay-oxun at mənə, Dilbər!

Bar-ilahi belə gözəl sağ olsun,Cilvələnsin bəxti, günü ağ olsun!Həsrət ölsəm, qoy sinəmdə dağ olsun,Belə tənbehləri tut mənə, Dilbər!

Musa deyər bu sözləri o dona,Mən müştaqam o libasa, o dona.Alışsın oymağın, düşsün od ona,Əgər ki, sən desən “get” mənə, Dilbər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death