Hər gedən gəlmiş,mənim ol qəmküsarim,
Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş,Ey gözüm, qan ağla kim, çeşmi xumarım gəlməmiş.Getmiş idi ixtiyarım biləsincə yarımın,Çünki yarım gəlməmiş, həm ixtiyarım gəlməmiş.Mən bu dərd ilə əgər ölsəm, məzarə qoymayın,Üstümə ol tuti dilli şux nigarım gəlməmiş.Həsrətindən zəfəranə dönsə ruyim, yox əcəb,Qoymuş hicranda məni, bir gülüzarım gəlməmiş.Deməsin, Vaqif, əcəl kim, gəlsə məndən can alır,Kimdir ona can verən, fərmani-yarım gəlməmiş?
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-her-geden-gelmis-menim-ol-qemkusarim-gelmemis
Use ← → keys to move, R for a random poem
More by this author
Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər,Gah zindanə, gəhi çahi-zənəxdanə düşər.
Mehribanlıq görməyib bir mehliqadən küsmüşəmMehribanlıq görməyib bir mehliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.
Təzkireyi-NəvvabQarabağ içrə bir şair kəlimüllahi-Musadır,Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Təzkireyi-NəvvabHər səhər bad əsər ki, arizi-cananə dəyər,Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.
Poems by other poets · Love
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
SinəsinTər köynəkdə qızıl düymə, yaxalıq,Gərdiş edir o dildarım sinəsin.
Ay gözəl-gözəlYer var ki, yol düşüb, karvan işləməz,Dost dərməz güllərin, ay gözəl-gözəl.
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm