Sevgi pərisi
Qoca çinarın kölgəsində,Qoca ürəyin ölkəsində,Yatan pəri qızı oyansa əgər,Bu miskin ölkəni tərk edib gedər.Olar bu qoca mülk bir xərabazar,Tökər yarpağını qocaman çinar.Ey insanlar! Burada səs salmayın,Sazı dindirməyin,Kaman çalmayın,Amandır! Burada nəfəs almayın!Ay kimi parlayıb, gün kimi yanar,Yatmış pəri qızı birdən oyanar,Gedər, bu qoca mülk qalar virana.Açar qapısını soyuq küləklər...Onu oyatmayın, dəyməyin ona,Bu qoca ürəyi qəm-qüssə təklər.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-sevgi-perisi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Şikəstə oldu könül zülfi-yar dərdindən,Bəlaya uğradı miskin nigar dərdindən
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.
Əldən gedərBu cahanda istədiyim mehriban əldən gedər,Taci-təxti, cahı-cəlal, şövkət-şan əldən gedər.
Təsəlli— Abdulla:Çıxdı əlimiz ata-anadan