Qərib Rəhman
Qarmonunda dərdimizi çalırsanYanır oda dinləyən də, çalan da.Ürəklərə həsrət odu salırsan,Oğul orda, ana qalıb bu yanda,Tufan olur göy buludla dolanda
Qarmonunda sən qəmimi çalırsan,Fəryadımı, sitəmimi çalırsan,Gəl amandı belə çalma, Rəhmanım!Bir yanım – od, buzluqlardır bir yanımSən çalanda alovlanır hicranımQürbət eldə qalan qərib Rəhmanım!
Aramızda hey... qılınclar sıyrılıb,Can bədəndən, bədən candan ayrılıb,Oğul dedi son nəfəsdə analar,Məzarına oğul torpaq atmadı.Tək qocaldı qaragözlü sonalar,İki sevgi bir-birinə çatmadı.
Tərsə dönsün çərxi belə zamanın,Dad əlindən belə qanlı dövranın,Belə dərdli çalma, qərib Rəhmanım!Külə dönür gözü yolda qalanlar,Qürbət elə oğul yola salanlar.
Yandı... yandı, illər boyu bu qəmdə,Oğulları qərib olan nənəm də.Son nəfəsdə oğul dedi, nə çarə,Yad oğullar qoydu onu məzarə.Çərxi dönsün belə zalım dövranın,Qarmonunu belə çalma, Rəhmanım!
Qövr eləyir ürəklərdə yaralar,Tərlan uçsa yuvasını sar alar,Qürbət eldə qəbirlər də qəribdir,Zaman bizə gör nə dərdlər veribdir?Belə çalma, oğul yaram qan verir,Oğul orda, ana burda can verir,Biz ümmanıq, sinəmizdə tufanlar,Canım qurban sizə, qərib RəhmanlarMən qəmliyəm, uçulubdur dörd yanımQarmonunu belə çalma, Rəhmanım.
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-qerib-rehman
Use ← → keys to move, R for a random poem