Dağlar,Vüqarlı dağlar,Ey başı qarlı dağlar.Sizi duman alanda,Qoynunuz, qucağınızBulud ilə dolanda,Başım üstdə elə bilQatı duman dolaşır.Siz buludsuz olandaSevincim dağlar aşır.Dağlar!Ey uca dağlar,İxtiyar, qoca dağlar,Mətanətdə, vüqardaBənzəyəydim sizə kaş,Dözümüm sizin qədərOlaydı bu dünyada,Qəlbimdə, ürəyimdəGörünməyəydi təlaş.Dağlar!Ey ulu dağlar,“Çeşməli, sulu dağlar”,Qəlbimdə vulkanlarıGizləyəydim sizintək.Sellərə, tufanlaraDözəydim sizin kimi,Sarsılmayaydı ürək.BaşımdaFırtınalar,İldırımlar çaxaydı, –Dayanaydım təlaşsız,Şah vüqarlı – sizintək,Zirvələrdən həmişəMəğrur-məğrur baxaydım...Sellər, gur şəlalələrÖtüb-keçəydi məni.Tufanlar, qasırğalar

Meydan seçəydi məni.Başımda sizin kimiÇaxanda odlu buludSükut edəydim, sükut,Dinib-danışmayaydım,Zahirimdən heç zamanYanıb alışmayaydım.Yerimdən bircə an daTərpədə bilməyəydiGüclü tufanlar məni,Ötən zamanlar məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets