Vətən
Halını soruram dağlar dalından,Ürəyim alışır bu əhvalından.Mən ilham alardım gül camalından,Sən bu gün sevgilim, cananım, Vətən!
Durnanın qatarı keçəndə bir-birSoruram – yurdumun halı necədir?Fəraqında mənə gündüz gecədir,Yolunda qurbandır bu canım, Vətən!
Mənə bir anamdan xəbər söylə sən,O nələr çəkmədi, nələr, söylə sən!Qan içən düşmənə “Yetər!”, söylə sən,Ürəkdə qalmasın fəğanım, Vətən!
Düşmənlər əlində yamandır halın,Qanlara batsa da şəhrin, mahalınBil ki, ölməyəcək böyük amalın,Tarixə ziynətdir bu şanın, Vətən!
İnan, qüvvət gələr yenə diziməMüqəddəs torpağın dəysə gözümə.Əzəldən sən oldun bəzək sözümə,Sənsən mənim şerim, dastanım, Vətən!
Vüsalın qəlbimə qüvvətdir inan,Ürəyim hicrinlə olar pərişan,Sənsiz yaşamaram dünyada bir an,Dolanmaz damarda bu qanım, Vətən!
Gözəldir vətənim, torpağım, yerim,Hüsnündən doymayıb hələ gözlərim.Adına bağlıdır ürək sözlərim,Dolanım başına, dolanım, Vətən!
Hüsnün aşiqiyəm, bilir hər diyar,Səndədir məhəbbət, sonsuz etibar.Könlüm məndən sənə qalmış yadigar,Gəlmir özgə şeyə gümanım, Vətən!
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-veten
Use ← → keys to move, R for a random poem
More by this author
Dənizin əzəmətinə daldım,Qüdrətinə heyran qaldım,
Cümə günü doğulmuşamKeçmişdə cümə günü anadan olan uşağın*ağırlığı qədər taxıl çəkib paylayarmışlar.*
Qaçağı el saxlarQaçağı el saxlar, el bilir bunu,Elə şairi də eli saxlayar.
Sevdiyim insanlarÜrəyimin həmdəmidir,Mənə könül məlhəmidir,
Poems by other poets · Homeland
Bizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Bir günKönül, gəl əl götür bu qəm-qüssədən,Sənin də yurdunda toy olar bir gün!
GərəkdirAşıq olub, tərki-vətən olanın,Əvvəl, başda pür kamalı gərəkdi.
SəninAlçaqlı, ucalı dağlar,Xub əsir yellərin sənin.