Məktəb uşağı
İştə bir ayineyi-süni xuda,İştə, bir dahiyeyi-əqlü zəka.İşdə bir tifləki-məsumsifat,İştə, bir kudəki-şirinhərəkat.Olmuş elmü ədəbə çox mail,Bir zaman dərsdən olmaz qafil.Hər sabah uykudan olcaq bidar.Dərsi-duşinəsin eylər təkrar.Geyinib məktəbinin formasını,Zivəri-duş eləyir çantasını.İstəyir yaxşı bilə elmi-hesab,Cəhd edir öyrənə tarixi-kitab.Gecə-güdüz çalışır mərdanə,İstəyir sibqət edə əqranə.Bütün əfalı təalipərvər.Bütün amalı məaliküstər,Könlünün arizuyi-yektasıVətənü millətinin əhyası.Fikrü zikri bütün əhraranə,Lövheyi-sinəsi məsumanə.Zehni ayineyi-rövşən kimi saf,Çeşmeyi-abi-bəqa tək şəffaf.A çocuq! Ey şərəfəfzayi-vətən,Ey güli-gülşəni-rənayi-vətən!Sən əzizi-vətənü millətsən,Səməri-nəxleyi-ülviyyətsən.Oxu ey bülbüli-şeydayi-vətən!Ta sənə fəxr edə əbnayi-vətən.Nəğəmatında var asari-nicat,Oxu, ey bülbüli-şirinnəğəmat.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-mekteb-usagi
Use ← → keys to move, R for a random poem