Getmişdi bir cüt dana,Otlamağa bir yana.Naxırdan ayrıldılar,Bir dərədə qaldılar.Axşam olanda biri,İstədi dönsün geri,Yoldaşın dümsüklədi,Bu cür ona söylədi:...Ay dana, dana, dur gedək,Qarnını doldur gedək,Yoldaşı verdi cavab:– Etmə canım, iztirab,Tələsmə, çox ertədir.Eşitdikdə bu sözüKəndə qayıtdı özü.O birsi orda yatdı,Qurd da gəlib dağıtdı.Yoldaşı gəldi səhər,Ta ondan tutsun xəbər.Gördü ki, o can verir,Rəhmi gəlib dindirir:– Ay dana, dana dartadır.– Dindirmə, dərdim artadır.– Mən sənə dedim gəl gedək,Sən niyə dedin ertədir?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets