Bu yolda
Ölümün gözünün içinə baxıb,Sonra bir şam kimi sönəcəyəm mən.Qartaltək zirvəyə qalxdıqca qalxıb,Sonra bu dünyaya dönəcəyəm mən.
Mənə acımayın, amandı, dostlar!Vətən həsrətilə özüm ağlaram.Vətənə, anamdan mənə yadigar,Ölməz məhəbbəti girov saxlaram.
Azadlıq həsrəti olar çırağım,Deməyin bu yolda bənizim solarDillərdən-dillərə düşər sorağım,Məzarım günəşlə, günəşlə dolar.Ölümdən qorxmuram, ölüm nədir ki,Qəlbim darılacaq siz darıxanda.Sizin qarşınızda zülüm nədir ki,Çör-çöp neyləyəcək sellər axanda.
Yenidən doğacaq məni bir bahar,Fəqət dağ insanı qəm, həsrət əyər,Azadlıq eşqilə irəli, dostlar!İrəli!Bu yolda ölməyə dəyər.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-bu-yolda
Use ← → keys to move, R for a random poem
More by this author
Firudin İbrahiminin xatirəsinə*Dostum, sənin xatirən əbədi munisimdir,
Bəzən bir igidin...Mətin inqilabçı Xosrov Ruzbehin*əziz xatirəsinə*
Başına dolanımBaşına dolanım, dönüm, ey Vətən,Necə də yormuşdur xəzan, qış səni.
BaxmaÜreyim qan ağlar hər səhər-axşam,Sən həmişə gülən üzümə baxma!
Poems by other poets · Separation
Nə qədər istəsək boş yerimiz var,Canımız, qanımız, hünərimiz var.
کار عالم سستبنیاد آمدستآسمان را پیشه بیداد آمدست
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?
YaşamaqNə xoşdi bir sənəmi–məhcəmal ilən yaşamaq,Həmişə izzətü cahü cəlal ilən yaşamaq.