Dostlar, sizdən ayrılandaMən özümdən ayrılıram.Həm sazımdan, həm sözümdənHəm dözümdən ayrılıram.Öz-özümdən ayrılıram.

Günlər keçir, elə bil ki,Yuxularda ömr edirəm;Yaşayıram bir daş kimi,Mavi, əngin boşluqlara,Ən yaxın bir sirdaş kimi,İlhamımdan, qələmimdənSevincimdən ayrılıram.Ələmimdən ayrılıram.

İlham məni tərk edərəkÇıxıb gedir.Könül verib, oxşadığımMəcnun söyüd,Uzaqlardan əl eyləyir,Uzaqlardan baxıb, gedir.Təbiətdən,Təbiətə işıq saçan məhəbbətdənAyrılıram,Səadətdən ayrılıram.

Bu dünyadaQoy kökündən, budağındanAyrılmasın bir nəfər də.Həyat adlı bu səngərdəBir an sizsiz dolaşmayım.Bağlı qapıları açmayımSizsiz dostlar,Doğmalarım, ömrüm, günüm,Səsim, ünüm,Ulu tanrım sizsiz, dostlarMəhəbbətsiz, qayğınızlaTufanım da, boranım da,Xəzanım da olur bahar.

Bu dünyada nə sərvətin,Nə şöhrətin acıyam mən.Yaxşı dostun, düz ilqarın,Sədaqətin,Məhəbbətin acıyam mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets