Cana, sənin camalını can afitab oxur,Hüsnün kitabi-şərhini ümmülkitab oxur.

Xublar yüzünə baxmağı zahid günah deyər,Aşiqlər ol günahı həmişə səvab oxur.

Bülbül oxurdu gülşəni-hüsnün süfatini,Dil gördü gül yüzüni, sözünə cəvab oxur.

Hər xəstə dil ki, badeyi-eşqinlə oldu məst.Çeşmini saqi, ləlini cami-şərab oxur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Miskin Xətai yetmək üçün xaki-payinə,Hərdəm dilində ayəti "Künti-türab" oxur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love