Biz də xanədanə gedər der idik
Biz də xanədanə gedər der idik,Mehman canlar, bizə səfa gəldiniz.Hər sabah, hər sabah yüzüm üstünə,Mehman canlar, bizə səfa gəldiniz.
Bəli dedik bir gerçəgin dəstinə,Canım qurban olsun haqqın dostuna,Hər sabah, hər sabah yüzüm üstünə,Mehman canlar, bizə səfa gəldiniz.
Getdi yoldaşlarım, qaldım yalınız,Bağçada açılır qönçə gülünüz,Şəkər məhəbbətiz, dadlı diliniz,Mehman canlar, bizə səfa gəldiniz.
Bayquş kimi nə bəklərsən viranı,Şükür olsun səni bizə verəni,Sultan Xətayinin işi, yörəni,Mehman canlar, bizə səfa gəldiniz.
Kitabxana.az · https://kitabxana.az/en/works/xetai-biz-de-xanedane-geder-der-idik
Use ← → keys to move, R for a random poem
More by this author
Bu surahi bir dilarami-pəri nisbətlidir,Şəkli bir məhbubi-şuxun peykəri nisbətlidir.
Bu sürati, filməsəl, bir dilbəri canan dururBu sürahi, filməsəl, bir dilbəri canan durur,Rahi-ruhəfza anın içində nazik can durur.
Bu şahi-pürkərəm, sahibnəzərdirBu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
Bu tübşi kim, yeri dər, ziri-padırBu tübşi kim, yeri dər, ziri-padır.Fələklər çərxi anın rəhnümadır.
Poems by other poets
Arpaçayı aşdı daşdı,Sel Saranı götürdü qaçdı,
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Təcnis: Badi-səhər bir gözələ tuş oldumBadi-səhər bir gözələ tuş oldumOndan mənə dəydi aya sərandı