Qaibden dəlil göründün,Dədəm, xoş geldin, xoş gəldin!Bizi sevib sevindirdin,Dədem, xoşgəldin, xoş geldin!

Iki can idik birləşdik,Məhəbbət qapısın aşdıq,Şükür didara irişdik,Dedəm, xoş geldin, xoş geldin!

Üstümüzə yol uğratdm,Gövhər aldın, gövher satdın,Ərliyini isbat etdin,Dədəm, xoş geldin, xoş gəldin!

Bir ağacda güllər bitər,Dalında bülbüller öter,Şahıma bərgüzar gedər,Dədəm, xoş geldin, xoş gəldin!

Boylə, Şah Xətaim, boylo,Pirim dəstur versin söylə,Şaha məndən niyaz eyle,Dədəm, xoş gəldin, xoş gəldin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets