Dilbəra, səncəliyən billah ki, yarım yox durur,Bir saat sənsiz mənim səbri qərarım yox durur.

Düşmüşəm eşqin ğəminə, yet mənim fəryadıma,Səndən özgə hiç kimsə ğəmküsarım yox durur.

Ayrılıq, billah! Sorman mən səni ey dilrüba,Ta təmami sevmişəm, busü kənarım yox durur.

Gər məni öldürsələr, sən eylə bilgil, ey nigar,Bu məhəbbət ətəgin əldən qoyarım yox durur.

Maqta — the closing couplet bearing the poet’s pen name. Aqil aydır: ey Xətai, ixtiyar əldən qoma,Aşiqəm bir dərd əlində ixtiyarım yox durur!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love