Dilbəra, şəmsüz-zühadür şöleyi-rüxsariniz,Ayəti-Tahavü Yasin surəti-didariniz.

Qamətin Tuba durur, Nun vəlqələmdir qaşların,"Hazihi-cənnatü ədnin" ləli-şəkərbariniz.

Surəyi-Vəlleyl zülfin, gözlərin "nəmülbəsər",Leyk "sübhanəlləzi, əsra" durur əsrariniz.

Sureyi-Təviz oxurmən, dəmbədəm ixlas ilən,Ta ki, hüsnini bəladən saxlasun cəbbariniz.

Maqta — the closing couplet bearing the poet’s pen name. "Qüll-kəfa" billah-durur, zikri Xətai xəstənin,Həq bilür kim, "sümmə vəchüllah"dir, didarınız.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love