Başma döndüyüm, qurban olduğum,Hara getdi baxtı qara, gəlmədi?Bülbül uçdu, soldu gülün yarpağı,Qismət oldu qönçə xara, gəlmədi.

Şah hökmüylə xan üstünə xan getdi,Ağlar didəm, yaş yerinə qan getdi,Qol boşaldı, dil dolaşdı, can getdi,Axır apardılar dara, gəlmədi.

Abbas deyər: bu ad yaman ad oldu,Cismim atəş, qoynum dolu od oldu.Mən can dedim canan məndən yad oldu,İndi uzaq düşdü ara, gəlmədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring