Poema
I
Bürümüş kəfənə torpağıQar... quşbaşı yağan ağır qar.Meşələr içində hay salmışDağdan qopub gələn rüzgar.
Gecə qaranlıqdır, kor kimiAğır qar altında daxmalar.Onlarda yaşayan aclar daAğır-ağır nəfəs alırlar...
Qara bulud qaplamış göyü,Ac ölüm bürümüş hər yeri.Zülmətlər içində boğulanKənddə sanki yox bir diri!
Hamı ölmüş, hamı susmuşdur,Matəm ürəkləri dondurmuş!Hakim olmuş bu yerdə artıqBir qara ölüm və bir də qış...
Sınıq lampa aydınladırsa,Solğun uşaqların üzünü,Pəncərəyə çırpan küləklər,Kəsirdi onların sözünü.
Dünya cəhənnəmdir onlara,Palçıq daxmalarda dar məzar,Röya bir cənnət tək zülmətdəOnlara aydın bir yol açar.
O yol ilə gedər-gedərlər,İçin fəlakətin zəhərini
Uçurumları keçə-keçəHər kəs tapar axır qəbrini...
Onlar ölkəyi gülləndirənBir yığın zəhmətkeş insandır,Onların yeməyi bir çörəkİçdikləri irindir, qandır.
Onlar ərbabların qulları,Onlar xanın südlü inəyi,Onlar düşmənidir bəylərin,İnsanlığın da göz bəbəyi.Bir gün gələr qışdan, borandanYaman gündən qalmaz bir əsər.Güllənər azadlıq baharıŞimallardan sərin yel əsər.
Yağan qar çay olub və daşarÇeşmələr şiridar bağlarda.Qız, gəlinlər çıxar yaylağaQurular çadırlar dağlarda...
Bu yerin sahibi əkinçi,Qovalar xanı, ərbabları.Sürər çobanları, ellərinSürülərin günəşə sarı.
Nə qara daxma, nə də zindanNə də bir yeskən sular qalmaz.Gülər zəhmətkeş üzünə:Yaşıllanan bahar, qızıl yaz.
II
Axşamdır, Savalan ardındaQürub edir günəş bir daha.Yanır buludlarda son işıqSarı solğun bir ay da.
Palçıq daxmaların üstündə...Ucalır... Odlanıb yanır...Hələ çöldə güllü yoncalarQurd, quşu qoynuna alarkən:Məzar tək, ağzını açan, darDaxmalar çağırar insanı!..
Zülmət bir pərdə tək çökərkənSakitlik evləri çulğalar,Çox keçmədən sonra işıqlarGecə gözətçisi bir bayquşMeşələr içində səs salar.Əsir soyuq külək şimaldan,Sayrışarlar altun ulduzlar,Yerdə qara ölüm yol açar!Ucalar zülmətdə nalələr,Aclıqdan kəndli can verər...
Dan yeri sökülər... al səhərÇayırlara göz yaşı tökər.Boz torağaylar göydə oxurkənAçılar qapılar o zamanNeçə diri, neçə ölünü,Çıxarar qaranlıq daxmadan!..Dünyadan köçən hər babaya,Ağız açar o gün dar məzar,Başqa gün övladı yollardaHər bir namərdə o əl açar...
Feodallar hökm sürmüşlər,Əsrlərdən bəri bu yerdəXəlqin əməyin udanlarOlmuşlar onlara sərkərdə!Oğlanlar qul, qızlar kənizdir,İşçi zəlil, ərbab əzizdir.Zənginə işıq salar şeytan,Caniləri qucaqlar hər an...Qan içən, ev yıxan ağalar
Əlbət bir gün yerə yıxılar.Günəş doğar qanlı buluddan,Qaranlıq daxmada yaşayanƏskimiş, çürümüş dünyanıTəməlindən sökər və yıxar.Səadətin bağı gül açar.Və al günəş yerə nur saçar.Kəndli də yerləri sürərkənGülləndirər yeni dünyanı,Qovalar əkinçi ağanı.
Yağan ağır qardan, qaranlıq,Və palçıq daxmalar uçurlar.Bürümüşdür yeri ağır qarAğır yük altında ağaclar.Başlarını yerə əymişlər,Bu havada, qarda kim işlər?Bürümüş qar yeri kəfən tək,Budaqlarda açılar ağ çiçək.Yolunu itirər gecələr,Bu qarda, boranda, qurd, köpək.Hər yerə baxarsan qardır qar,Çiçək açmış kimi ağaclar.Ölüm sükutu çökmüş yerə,Hov vurursan tutulur qulaq.Kölgə kimi gəlir uzaqdan.Yara-yara qarı, bir uşaq,Qaralmış şaxtadan ac, çıplaq...İsti otağında düşünür,Donuz kimi yağlı bir ərbab,Günbəgün işlər olur çətin.“Gedir əldən bostan, bağ, əkin,Yağan qardan uçur daxmalar.Quruyur çıplaq və ac uşaqlar,O düşünür: Tanrı dünyanıƏzəldən qurmuşdur bu qərar...Dünya ancaq zənginlərindir,Anlamaq hikməti çətindir,Qoy işçi qurusun soyuqdanÖlsün!.. Dəyişməsin bu dövran...”
O isti otaqdan göz salır:Qonşuların daxmalarına,Dam üstə qalanmış qarına...Yenə fikir edir, çox düşünür:Zəhmətkeş insanlardır aclar(Zəmanə gedərsə bu qərar)Atəşdən yakıcı olarlar.Tapdalanan insan, yerlər:Olur bir yırtıcı canavar!Eşidir bayırda soyuqdanAğlayan uşağın səsini...Baxır ipək pərdə ardındanQonşuların daxmalarına,Dam üstə qalanmış qarına.Mırıldanır, köpək kimi o,Qoy ağlasın uşaq, çatlasın!Kəsilsin nəsli də işçinin,Qoy qurutsun şaxta uşaqları,Bu ölkə olmasın...
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-poema
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Badi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Get!Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
TəbəssümDünən gecəsinəmin ağrısından oyandım: