Göründü
Xublar küçəsinə güzar eylədim,Muraz1 bağçasının barı göründü.Əl uzatdım yarın yaxasın açam,Gözümə Gürcüstan narı göründü.
Camalın oxşatdım ayinən günə,Gözlərin kafəri gətirər dinə,Sinən bəyaz, dilbər, o yaylaq sinə –Gözümə Savalan qarı göründü.
Qaşların qaradı, kipriyin oxdu,Gözlərin taladı, İranı yıxdı,Ay kimi parladı, gün kimi çıxdı,Tifil Qurbaninin yarı göründü.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-gorundu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Minbəd əgər mənimlə həbib olsa aşina
Minbəd əgər mənimlə həbib olsa aşina,Mən canımı yolunda onun eylərəm fəda.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi