Ay ata, can gedib, qalıbdı nəfəs,Bu nişanda belə yarı görmüşəm.Bunca ki gözəli tapmadı könül,Ah çəkibən intizarı görmüşəm.

Gözəllikdə kimsə yoxdu təhrində,Onunçun çəkərəm yarın qəhrin də,Nə İran, nə Turan, Gəncə şəhrindəCanlar alan o nigarı görmüşəm.

Ay ata, sən məni etmə günahkar,Bəsdi, bunca nə elərsən ahü zar?!Qurbani der: Əldən gedib ixtiyar,Xublar şahı o sərdarı görmüşəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love