Tapılmaz
Deyim bir-bir dərdim sənə yaz, qələm,Bilinməz hesabı, sanı tapılmaz.Bağla dəftər, çox eləmə naz, qələm,Ələ düşməz bu dastanı tapılmaz.
Şərik ol dərdimə sən də buy ara,Yüz min olub bu sinəmdə bu yara,Yolçusuyam, yalvarıram bu yara,Şirin dildə bir nöqsanı tapılmaz.
Arif özü bilər, mətləbi qananYoxdu mənim kimi eşqində yanan,Könlüm istəklisi sən kimi canan,Yüz il gəzsəm bu dünyanı, tapılmaz.
Qurbanı olduğum, gəl bir insafa,Nə bilər qədrini, çəkməyən cəfa,Seçər dürr versən xoca sərrafa,Belə əhmər gövhərkanı tapılmaz.
Kəsmə nəzərini bu xətti çaldan,Xəstəyəm, ölürəm, düşmüşəm haldan,Baş alıb gedirəm sizin mahaldan,Axtarsan da bu Qurbani tapılmaz.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-tapilmaz
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.