Aramıza
Könlümə o çağlar düşüb,Gözümdən o bağlar düşüb,Neçə yol yarpaqlar düşüb,Çaylar girib, dağlar düşüb,Göllər keçib aramıza.
Yar yara həsrət olmasın,Sevinc baharı solmasın,Baxışlar qəmlə dolmasın,Keçənlər unudulmasın,Sellər keçib aramıza.
Umudumu qar bağlayıb,Ürəyim qubar bağlayıb,Qolumu o yar bağlayıb,Yolumu yollar bağlayıb,İllər keçib aramıza.
Nədir içimdəki sancı?!Neçin röyalar yalançı?!Sözləri yasaq, yabançı,Sevgi düşməni, yalançıDillər keçib aramıza.
Ölsün hisləri qabalar,Yeri olsun xarabalar,Çabalar canım, çabalar,Çırağım keçib obalar,Ellər keçib, aramıza.
Kitabxana.az · https://kitabxana.az/en/works/refiq-zeka-xendan-aramiza
Use ← → keys to move, R for a random poem
More by this author
Türk qeyrətinin rəmzi bu heykəlMəşəldir ömürlük bizə, məşəl!
Rumeli hisarındaŞairlər uyumaqda Rumeli hisarında,İstanbul bir şeirdir Hamid intizarında.
Türk çocuğuİstanbulda bir çocuqla konuşdum,Elə bildim, Xəndanıma qovuşdum,
Azərbaycandan ayrıDünyanın üç qitəsində olmuşam,Afrikada, Avropada, Asyada,
Poems by other poets · Love
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi