Ta o mahın xətü xalinə nigah eyləmişəm
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ta o mahın xətü xalinə nigah eyləmişəm,Günümü eşqlə aləmdə siyah eyləmişəm.
Lərzə eylər bədənim kureyi-simab kimiKi, baxıb ayineyi-hüsnünə ah eyləmişəm.
Göz yaşilə ləbi-dildardən aldım busə,Su qatıb badeyi-gülfamə günah eyləmişəm.
Çox da nadan degiləm, anlamayım xeyrü şərim,Meyə sərf etməyən ovqatı təbah eyləmişəm.
Neylərəm ayü günü, tək meyim olsun, ərəqimKi, bunu mehri-dirəxşan, onu mah eyləmişəm.
Öpmüşəm gün kimi mən xaki-dəri-dildarı,Hər zaman kim, tələbi-rüfətü cah eyləmişəm.
Maqta — the closing couplet bearing the poet’s pen name. Aləmin dərdü qəmindən xəbərim yox, Seyyid,Mən ki, meyxanəni illərdi pənah eyləmişəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ta-o-mahin-xetu-xaline-nigah-eylemisem
Use ← → keys to move, R for a random poem
More by this author
Könül olubdu fərağında biqərar, ey dust,Neçin məni elədin zarü dilfikar, ey dust!
Ey xəstə könül, əzmi-səri-kuyi-nigar etEy xəstə könül, əzmi-səri-kuyi-nigar et,Ol kuydə can nəqdini cananə nisar et.
Nola dil bilməsə rəmzi-rüxi-cananı dürüstNola dil bilməsə rəmzi-rüxi-cananı dürüst,Kimdir ol kəs ki, bilə məniyi-Quranı dürüst.
Yar eyləsə üşşaqi-diləfkarə ədavətYar eyləsə üşşaqi-diləfkarə ədavət,Mümkün degil aşiq eləsin yarə ədavət.